Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,3% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,3% artıb

Date: 10 October 2016 18:32

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında istehlakçılara 21,1 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% çox məhsul satılıb.
“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,1%, qeyri-ərzaq məhsulları üzrə isə 0,9% artıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6%-i elektrik malları və mebelin, 5,7%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Tags:  Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

RƏYLƏR


Top news