Kamranla Eminin baş məşqçisi qovuldu

Kamranla Eminin baş məşqçisi qovuldu
18:47 10 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, Portuqaliya klubu bu gün baş məşqçisi Ervin Sançeslə yollarını ayırıb.


Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, klub rəhbərliyi qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verib. "Boavişta" rəhbərliyi Ervin Sançesə xidmətlərinə görə təşəkkür edib.


Qeyd edək ki, “Boavişta” 7 turdan sonra 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kamranla-eminin-ba-mqcisi-qovuldu-t53243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR