“Mançester Yunayted” 6 yaşlı Runiylə müqavilə bağladı

“Mançester Yunayted” 6 yaşlı Runiylə müqavilə bağladı
18:48 10 Oktyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in uşaq komandasında Runi soyadlı futbolçu peyda olub. Məlum olub ki, məşhur Ueyn Runinin 6 yaşlı oğlu Kay klubla müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, Joze Mourinyonun baş məşqçi postuna gəlişindən sonra “Qırmızı şeytanlar”ın əsas heyətində az-az görünməsinə baxmayaraq, Ueyn oğlunu MY-nin futbol akademiyasına yazdırıb.

Bundan əvvəl komandanın başqa bir veteran futbolçusu Maykl Kerrik də eyni addımı ataraq, oğlu Ceysini uşaq komandasına yazdırmışdı.

Sabiq MY-li, hazırda “Real”ın şərəfini qoruyan Kristiano Ronaldonun 6 yaşlı oğlu – balaca Kristinao da bu ildən futbol məktəbinə gedir.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR