Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millimizin üzvünü Georgi Haci çalışdıracaq?

Millimizin üzvünü Georgi Haci çalışdıracaq?

Date: 10 October 2016 18:57

Millimizin üzvü Ramil Şeydayevin forma geyindiyi "Trabzonspor" yeni baş məşqçi axtarışındadı. Fanat.Az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.


Həmkarlarımız yazır ki, klub rəhbərliyinin hədəfindəki ilk isim "Qalatasaray"ın əfsanəsi Georig Hacidi. "Trabzonspor"un rumın mütəxəssisə illik 1,5 milyon avro maaş təklif etdiyi iddia olunur.


Lakin "Trabzonspor"un prezidenti Muharrem Usta iddiaları təkzib edib. Klub rəhbəri Ersun Yanalla yolları ayırmaq fikrində olmadıqlarını bildirib: "Başımıza nə gəldisə, "onu yolla, bunu gətir" mentalitetinə görə gəldi. Ersun Yanal istefaya göndərilməyəcək. Onun göndərməklə nə olacaq ki? Daha yaxşı məşqçi tapacağıq?".


Qeyd edək ki, “Trabzonspor” Super Liqada 6 turdan sonra 6 xalla 12-ci yeri tutur. Komandanın uğursuz çıxışlarından sonra Ersun Yanalın istefaya göndəriləcəyi haqda söhbətlər yayılıb.


Fanat.Az


Tags:  Millimizin üzvünü Georgi Haci çalışdıracaq

RƏYLƏR


Top news