Təhsillə bağlı yeni əmr

Təhsillə bağlı yeni əmr
19:03 10 Oktyabr 2016
410 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi təhsil məsələləri barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrdə respublika psixoloji-tibbi-pedaqoji komissiyasına rayon/şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinə nəzarəti gücləndirilməsi, bununla əlaqədar müntəzəm monitorinqlərin aparılmasının təşkil edilməsi tapşırılıb.

Ərazi maliyyə hesablaşma mərkəzlərinə tapşırılıb ki, Respublika psixoloji-tibbi-pedaqoji komissiyasının təsdiqi olmadan rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının rəyləri əsasında maliyyələşməni aparmasınlar.

Yerli təhsil idarəetmə orqanlarının rəhbərləri yerli psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təklifləri 1 ay müddətində Nazirliyə təqdim etməlidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/171655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR