Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ötən ayda ixrac malları üzrə 1386 ədəd ekspertiza aktı tərtib olunub

Azərbaycanda ötən ayda ixrac malları üzrə 1386 ədəd ekspertiza aktı tərtib olunub

Date: 10 October 2016 19:32

Bakı. 10 oktyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən bu ilin sentyabr ayı ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə müxtəlif məsullar üçün müvafiq ekspertizalar keçirilib.
“Report” mərkəzə istinadən xəbər verir ki, bu yoxlamaların nəticələrini təsdiq edən 1386 ədəd ekspertiza aktı tərtib olunub.
Həmin dövr ərzində mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında 448 nümunə ərzaq məhsulları (taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, yeyinti yağları, ət və ət məhsulları, yumurta məhsulları,balıq və balıq emalı məhsulları, uşaq qidası), qeyri-ərzaq məhsul qrupları üzrə 29 nümunə (sintetik yuyucu vasitələr, plastik məmulatlar, tekstil və geyim, süni dəri məmulatları) olmaqla ümumilikdə 477 analiz aparılıb.

Tags:  Azərbaycanda ötən ayda ixrac malları üzrə 1386 ədəd ekspertiza aktı tərtib olunub

RƏYLƏR


Top news