Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Donald Tramp ABŞ-ın energetika şirkətlərinə kömək edəcəyini açıqlayıb

Donald Tramp ABŞ-ın energetika şirkətlərinə kömək edəcəyini açıqlayıb

Donald Tramp Tereza Meylə danışıb (22 Mart 2017 23:22)
Hollivud ulduzu Trampı biabır etdi (22 Mart 2017 14:43)
Donald Tramp Angela Merkelin əlini sıxmaq istəmədi - (18 Mart 2017 01:12)

Tarix: 10 Oktyabr 2016 19:47

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçildiyi təqdirdə energetika şirkətlərinə yardım edəcəyini açıqlayıb. 
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, milyarder namizəd həmçinin ölkədəki energetika şirkətlərini rəqabətqabiliyyətli olmaları üçün qoruyacağını bildirib.
D.Tramp oktyabrın 9-da Missuri ştatının Sent-Luis şəhərinin Vaşinqton Universitetində ümummilli debat zamanı çıxışında bildirib:  "Biz günəş enerjisi və digər bərpa olunan enerji növlərinin inkişafını dəstəkləyirik. Amma, unutmaq lazım deyil ki, kömürün təmiz yandırılması imkanları da mövcuddur".
Respublikaçı namizəd həmçinin vurğulayıb ki, ABŞ nəhəng enerji ehtiyatlarına sahibdir və enerji daşıyıcılarını ixrac edən ölkə olmalıdır. 

Teqlər:  Donald Tramp ABŞ-ın energetika şirkətlərinə kömək edəcəyini açıqlayıb



RƏYLƏR


Top xəbərlər