Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda tolerantlığın təşviqinə dair dinlərarası dialoq mövzusunda seminar keçirilir

Bakıda tolerantlığın təşviqinə dair dinlərarası dialoq mövzusunda seminar keçirilir

Date: 10 October 2016 19:57

Bakı. 10 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə "Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq" mövzusunda ikigünlük seminar başlayıb.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak edir.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Etibar Nəcəfov seminarı giriş sözü ilə açaraq Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. Etibar Nəcəfov çıxışında Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını deyib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç Büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi və bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.
Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.  







Tags:  Bakıda tolerantlığın təşviqinə dinlərarası dialoq mövzusunda seminar keçirilir


RƏYLƏR


Top news