Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İnvest-AZ İnvestisiya Şirkəti" əməliyyatları dayandırıb

"İnvest-AZ İnvestisiya Şirkəti" əməliyyatları dayandırıb

Date: 10 October 2016 20:07

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın investisiya şirkətlərindən biri - "İnvest-AZ İnvestisiya Şirkəti" QSC 4 aydır "Bakı Fond Birjası" QSC-də (BFB) əməliyyat aparmır. 
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, şirkət sonuncu dəfə müştərilərinə bu ilin may ayında xidmət göstərib. Həmin ay onun dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) həyata keçirdiyi əməliyyatların dəyəri 15 347 manat olub. Bundan sonra "İnvest-AZ" fəaliyyətinə fasilə verib və iyun, iyul, avqust və sentyabr aylarında fond bazarında yalnız digər 4 şirkət ("Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC və "Azfinance İnvestisiya Şirkəti" QSC") təmsil olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almış "PSG-Kapital İnvestisiya Şirkəti" QSC isə qiymətli kağızlar bazarında əməliyyatlara bu aydan başlayıb. Şirkət Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar üzrə anderrayter fəaliyyəti ilə məşğuldur.
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin idarə heyətinin sədr müavini Ceyhun İbrahimov isə “Report”a açıqlamasında bildirib ki, BFB-nin yaydığı rəqəmlər qeyri-dəqiq rəqəmlərdir:
“BFB-nin açıqladığı rəqəmlər dəqiq məlumatlar deyil. Artıq mən zəng edib onların rəhbərliyinə demişəm ki, həmin məlumatları düzəltsinlər. Ola bilməz ki, bu boyda şirkət hansısa əməliyyat aparmasın. Sadəcə yanaşma fərqlidir. ”.

Tags:  İnvest-AZ İnvestisiya Şirkəti əməliyyatları dayandırıb


RƏYLƏR


Top news