Gəncədə avtomobil beton divara çırpılıb, sürücü ölüb

Gəncədə avtomobil beton divara çırpılıb, sürücü ölüb
20:07 10 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 10 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 0
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:00-da şəhərin "İmamzadə" kompleksinə gedən yolda 20 CK 079 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Əli Hüseynov idarəetməni itirərək yol kənarındakı beton divara çırpılıb. O, yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gencede-avtomobil-beton-divara-cirpilib-surucu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR