Qurban Qurbanov: "Norveçlə oyundakı kimi istəkli milli komanda görməmişdim"

Qurban Qurbanov: "Norveçlə oyundakı kimi istəkli milli komanda görməmişdim"
20:07 10 Oktyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovun "Report"a müsahibəsi
- Azərbaycan Premyer Liqasında II dövrəyə hazırlıqlar necə davam edir?
- Normaldır. Lakin futbolçuların sayının azlığı üzündən düşündüyümüz məşq proseslərini həyata keçirə bilmirik. Buna baxmayaraq, çalışırıq ki, futbolçuların hazırlığı tam qaydasında olsun. Bu arada yoxlama matçı da keçirdik. Öz əvəzedicilərimizlə qarşılaşdıq. Sabah da belə bir oyun keçirməyi planlaşdırmışıq. Bir sözlə, hazırlıqlarımız pis deyil.
- Milli komandadakı futbolçular klubunuzun düşərgəsinə qayıtdıqdan sonra Premyer Liqanın II dövrəsinin ilk turu çərçivəsində "Sumqayıt"la, daha sonra Avropa Liqasının III turu çərçivəsində Yunanıstan PAOK-u ilə görüşəcəksiniz. Belə sıx qrafik komandanızın çıxışına necə təsir edə bilər?
- Öyrəşmişik. Çünki bu hal neçə illərdir təkrarlanır. Nəyisə dəyişməyə imkanımız, gücümüz yoxdur. Hamımız bu qrafikə öyrəşməli, bu proqram üzrə işləməli, çalışmalıyıq. Düşünürəm ki, futbolçular qayıdandan sonra hər şey normal, qaydasında olacaq. Amma dəfələrlə demişəm ki, əsas problem komandanı normal səviyyəyə gətirəndən sonra onların birdən-birə heyətdən ayrılmaları ilə bağlıdır. Qalan məsələlərdə problem yoxdur.
- Azərbaycan yığmasının futbolçuları Çexiyaya DÇ-2018-in seçmə qrup matçına yollananda təyyarədə nasazlıq yaranmışdı. Bu xəbəri necə qarşıladınız?
- Xəbəri bu günün ikinci yarısında eşitdim. Köməkçi-məşqçi Elçin Rəhmanov dedi. Pisi düşünməyək. Yaxşı ki, hər şey qaydasındadır.
- Millidən söz düşmüşkən, Sizə elə gəlmirmi ki, Avropa Liqası və qitə klublarında çıxış edən futbolçuların meydana çıxması daha doğru qərardır? Necə ki, Norveçlə oyunda heyətin demək olar ki, hamısı belə oyunçulardan təşkil olunmuşdu...
- Yığmanın heyəti ilə bağlı müdaxilə etməyim düzgün olmaz. Heç buna ehtiyac da yoxdur. Çünki millinin yaxşı baş məşqçisi var. Hansı ki, futbolçuların xarakterini yaxşı bilib tanıyır. Nəticəyə gəldikdə, hamımız qələbəyə sevinirik. Dəfələrlə demişəm ki, klublar öz yerində, millimizin nəticələri nə qədər yuxarı olsa, bu, ümumiyyətlə, ölkədə futbola marağı və inamı daha da çoxaldar. Bu, futbolumuzun inkişafı üçün çox vacib amillərdən biridir. Hər birini təbrik edirəm. Özüm də oyunu stadionda oturub izləyirdim. Futbolçularımız yaxşı mübarizə apardı, qələbə istəyi həddən artıq çox idi. Düşünürəm ki, yığmamız çox vacib 3 xal qazandı.
- Maksim Medvedev müdafiənin mərkəzində özünü doğrulda bildi?
- Görüşü qol buraxmadan başa vurublarsa, deməli, hər şey qaydasındadır. Buna baxmayaraq, Prosineçkinin ondan nə tələb etdiyini bilmirəm. Ümumilikdə çıxışından razı qaldım. Qol vurmağına da çox sevindim.
- Artıq 5 qapıçınız var. Sizcə, bu, çox deyil?
- Xeyr, niyə? Bu gün Xalid Oğuzxan səhər məşqində zədə alıb və heyətdə yoxdur. Qapıçı elə bir mövqedir ki, 2 zədəli birdən olsa, böyük sıxıntı olar. Emil Balayevi yeni götürdük. Digər qapıçımızı da əsasən əvəzedici heyətə göndərirdik. İndi Emil Balayevlə birgə 4 qapıçımız oldu.
- Qışda 5 qapıçıdan birinin gedəcəyi gözlənilir? Söhbət İbrahim Şehiç və Boyan Şaranovdan gedir...
- Xeyr. Biz kimisə göndərmək üçün heyətə gətirməmişik. İki legioner, iki yerli qapıçımız var. Əsas 4 qapıçı düşünək. Həm Emil, həm də Şahruddin Məhəmmədəliyev 1994-cü il limitinə düşürlər və bu da bizim üçün çox vacibdir. Oyunlarda görürsünüz, bəzən Şahruddin olur. Həm yerli, həm də yaşına görə bəzi problemləri aradan qaldırırıq. Hər şey planlaşdırılmış şəkildədir və heç birini göndərmək fikrində deyilik.
- Bu 5 qapıçıdansa, hücumu gücləndirmək daha doğru olmazdı? "Qarabağ"da bu mövqe daha problemlidir...
- Mən buraya gələndən bu sual verilir və düşünürəm ki, digər klublara da ünvanlanır. Hücum deyəndə sizin nə cür düşündüyünüzü, nəyə dediyinizi bilmirəm. Bu günə qədər əldə etdiyimiz kiçik uğurları bu komanda ilə, oyunçularla, bu hücumçularla etmişik. Dediyim kimi, bizim bəzən düşündüyümüz hücumçular 4-5 böyük klubda çıxış edir. Digərlərini müqayisə etsək, bəlkə aralarında az fərq olar. Hücum xətti çətin mövqedir. Hər bir hücumçunun uyğunlaşdığı bir komanda olur. Bəzi komandalarda bir hücumçu daha çox parlayır, amma digərində daha az olur. Mənim üçün təkcə hücumçu yox, komandanın, digər mövqedəki futbolçuların hücumda necə oynaması daha önəmlidir.
- "Qəbələ" ilə oyundan sonra fikirlərinizi bildirdiniz. Amma sonra soyuq başla oyunu analiz etdiniz. Necə düşünürsünüz, "Qarabağ" "Qəbələ"yə nədə uduzdu: Aparıcı futbolçuların olmaması, yoxsa başqa səbəb var?
- Aparıcı futbolçu deyəndə kimləri nəzərdə tutduğunuzu bilmirəm.
- Şehiç, Miçel, Reynaldo...
- Start heyətində əsas komandanın 3 üzvü yox idi. Hansı ki, hər şey planlı şəkildə idi. Bəzi balanslaşdırmanı etmək istədim. Nə dərəcədə alınıb-alınmamağı digər mövzudur. Ciddi bir dəyişiklik yox idi. Rəşad Sadıqov onsuz da zədəyə görə oynamırdı. Qaldı Reynaldo və Miçel... Dani Kintana, Dino Ndlovu, Riçard Almeyda, Qara Qarayev, Ansi Aqolli, Muarem Muarem və digərləri meydanda idi. Əfran İsmayılov və Rəşad Sadıqov zədəyə görə oynamadı. Miçel və Reynaldonu isə oyunun gedişatına görə, ikinci hissədə meydana buraxdıq.
- Əfran İsmayılovun zədəsi nə yerdədir?
- Üç həftə demişdilər. Hələ həkim müayinəsində olur. Dünəndən fərdi məşqlərə başlayıb. Yəqin ki, sabahdan qaçışlara başlayacaq. Yəqin ki, bir ay çəkəcək.
- Klub prezidenti Abdulbari Goozal sizin "Qarabağ"da Muxtar Respublika olduğunuzu, heç kimin işinizə qarışmadığını bildirib...
- Goozal bəy hər deyəndə çıxış etmir. Çox düzgün qeyd edib ki, mən öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Yəni, məndən nə tələb olunur və nə məndən asılı olan nədir. Klubda iş elə qurulub ki, hərənin boynuna düşən öz vəzifəsi və öz iş prinsipləri var. Hər kəs çalışır ki, öz sahəsində inkişaf etsin və kluba faydasını versin. O cümlədən, mən də baş məşqçi olaraq bəzi şeylərə nəzarət edirəm. Hansı ki, onlar mənim nəzarətimdə olmalıdır. Ancaq belə sırf öz boynuma düşən vəzifəni yerinə yetirirəm. Hələ ki, qələbədə də, məğlubiyyətdə də rəhbərliklə bir yerdə olmuşuq. İllər öncə bizim məğlubiyyətlərimiz çox olanda da yanımda olan Goozal bəy və rəhbərlik idi. Məncə, normal fikirlər səsləndirib.
- Abdulbari Goozal bir məsələni də qeyd etdi ki, sizdən komandanın zəifləməsənin səbəbini soruşanda çempionatın səviyyəsinin zəif olduğunu, komandaların güclü olmadığını, rəqabət olmadığını demisiniz. Necə düşünürsünüz, bu bir növ rəqibləri, digər komandaları qıcıqlandırmaq, kobud desək, saymamazlıq deyil?
- Hansı tərəfə yozsan da elə çıxacaq. Hər bir insan bu fikri necə qəbul edəcəksə, elə də reaksiya verəcək. Bu, təkcə bir oyuna görə olan şey deyil. Dəfələrlə bildirmişəm ki, çempionatımızın səviyyəsi aşağıdır. Bunu qəbul etməliyik. Hamımız görürük ki, mübarizə azalıb. O demək deyil ki, "Qarabağ" kimdənsə 5 qat üstündür. Son zamanlar olan böhran bir çox klubun büdcəsini aşağı saldı, oyunçu transferi azaldı. Əvvəllər tanınmış ölkələrin futbolçuları buraya gəlirdi və istər-istəməz mübarizə çoxalırdı, prinsiplər böyüyürdü. Mənim bugünədək elə bir fikrim olmayıb ki, hardasa kluba yuxarıdan-aşağı baxım. Əksinə, onlara məğlub olduqda da, qalib gəldikdə də hörmətlə yanaşıb, işinə dəyər vermişik. Bu gün də elədir. Sadəcə fikrin bildirilməsində, sözlərin yozulmasında ola bilər hər hansı belə bir ifadələr ortaya çıxır. Mən də Goozal bəyi tanıyıram və onun hansı düşüncədə bunu dediyini bilirəm. İnanmıram ki, o başqa hansısa düşüncə ilə bunu desin. Mən hər kəsə demişəm ki, çempionatda mübarizə azalıb. Əvvəllər 9 komandaya qarşı mübarizə aparırsansa, indi bu say 7-yə düşüb. Nəticə olaraq bu da aşağı göstəricidir. Məncə, bu məsələnin ətrafında gəzib-dolaşılası bir şey yoxdur.
- Reynaldo axşam məşqində iştirak etməyib...
- Zədəlidir. Səhər fərdi qaydada məşq etdi və axşam məşqindən öncə fitnesdə idi. Həkimlərin məsləhətinə əsasən fərdi qaydada məşqə ehtiyac vardı.
- Zədəsi nə dərəcədə ciddidir?
- İnanmıram ciddi olsun. Sadəcə, bəzi yükləmələrdən sonra olmuşdur.
- Avropa Liqasında növbəti oyununuzu Yunanıstanın PAOK klubuna qarşı keçirəcəksiniz. Qrupdan çıxmaqla bağlı hesablamalarınızı aparmısınız: "Qarabağ"ın taleyi PAOK-la oyundan asılıdır?
- Belə deməzdim. Amma həmin oyun böyük rol oynayacaq. Hər halda oyundan sonra fikir bildirə bilərəm.
- Rəşad Sadıqov Norveçlə oyundan öncə milli səviyyəsində sonuncu tsikl ola biləcəyini qeyd edib. Bu fikrə münasibətiniz necədir?
- Məncə, bu fikirləri onun diqqətindən yayındırsaq, daha yaxşı olar. Ümumiyyətlə, karyerasını bitirmək haqda düşünməsin. Nə qədər onun üzərinə gedilsə, onun haqqında yazılsa ki, kapitan karyerasını bitirir, ola bilsin, psixoloji baxımdan daha çox təsir etsin və karyerasını daha tez bitirsin. Bu fikirlərdən uzaq olması lazımdır ki, nə qədər gücü varsa, oynasın və o fikrə düşməsin.
- Son oyunlarda Sadıqov qol vuranda çılğıncasına qeyd edirdi. Maksim Medvedev Norveçə qol vuranda yenə bunu çılğınlıqla qeyd etdi. Sizcə, bu, nədən irəli gəlir? Sona yaxın xoşbəxtliyin artmasıdır?
- Mən buna ancaq sevinirəm ki, qalib gəlmək emosiyalarını daha da göstərir. Özü cavab verməyib bu suala?
- Xeyr...
- Özünə də bu sualı verərsiniz. Amma belə normaldır.
- Siz milli karyeranızı başa vurandan sonra nə hisslər keçirmişdiniz?
- Nə olmuşdu ki? (Fikirləşir) Məndə eyni vaxtda oldu. Həm milli, həm də futbol karyeramı eyni vaxtda bitirdim. Tsikl bitdi və digəri start götürənə qədər mən futbolçu karyeramı başa vurdum.
- 2 oyundan sonra millinin aktivində 6 xal var. Almaniya ilə eyni xala malikik. Nə düşünürsünüz: Siz də "Niyə də yox" deyirsiniz?
- Niyə də bacarmayaq? Bu gün real olaraq 6 xalımız var və heç də az üstünlük deyil. Turnirin əvvəlində bu, bizə çox böyük inam verir. Futbolda son zamanlar gözlənilməz nəticələr olur. Belə deyək, bir çox futbolçuda, komandada bu istək olmur. Onların istəyi çoxlu komandanın gücünü üstələyir. Mən Norveçlə oyunda belə istəkli milli görməmişdim. Hamı udmaq istəyirdi. Hər kəs oyunun içində idi. Belə oyunlar olur və bu da həmin oyunlardan biri idi. İmkanımız varsa, niyə də bundan istifadə etməyək? Sona qədər inanmaq lazımdır. Təsadüf kimi yox... Hər komandaya qarşı oynamaq olar. Ola bilər ki, bir komandaya qarşı 5 oyun keçirərsən, 4-nü uduzarsan, amma 1-də qalib gələsən.
- "Qarabağ"ın Avropa Liqasında şüarı var?
- Bizdə belə bir şüar yoxdur. Biz hər hansı turnirdə iştirak ediriksə, çalışırıq ki, qələbə üçün daha yaxşı oyun göstərək. Həm oyundan-oyuna artıraq, həm də qələbəni rəqibə verməmək üçün meydanda sona qədər mübarizə aparaq.
- "Qəbələ" ötən mövsüm Avropa Liqasında PAOK-a qarşı oynamışdı. Yunanıstan komandası ilə oyun öncəsi həmkarınız Roman Qriqorçukla məsləhətləşmisiniz?
- Xeyr, buna ehtiyac yoxdur. Çünki ötənilki ilə indiki PAOK-un heyətində çoxlu dəyişiklik baş verib. Həm də hər bir komandanı yaxından tanımaq üçün xeyli məlumat və şəraitimiz var. Digər tərəfdən, hər bir rəqib ildən ilə tam dəyişir, başqa bir komanda olur, oyun qurur. Bir-birimizin fikirlərini öyrənmək istəsək, yanlış addım atmış olarıq. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

“Qarabağ" uduzur -

23 Avqust 2017 23:32

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57