Ermənilərin Azərbaycanda gizlətdiyi silah-sursat ələ keçdi

Ermənilərin Azərbaycanda gizlətdiyi silah-sursat ələ keçdi
20:13 10 Oktyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilib.

"Report" xəbər verir ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayonunun əvvəllər ermənilər yaşayan Ağcakənd kəndində erməni qəbristanlığında silah-sursatın olması ilə bağlı anonim zəng daxil olub. Bundan sonra hüquq-mühafizə orqanının əməkdaşları əraziyə baxış keçiriblər. Meşəlik ərazidə araşdırma zamanı torpağa basdırılmış müxtəlif növ silah-sursatlar aşkar edilib.

Silahların Qarabağ müharibəsi dönəmində əraziyə ermənilər tərəfindən basdırıldığı ehtimal olunur. Ərazidən 2 ədəd avtomat, 1 ədəd naqan, 2 ədəd of tüfəngi, əl qumbarası, avtomat darağı, o cümlədən müxtəlif çaplı güllələr aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Silahların cinayətlərdə istifadə olunub-olunmadığı araşdırılır.

Qeyd edək ki, Xocalı Rayon Polis Şöbəsi tərəfindən aşkar olunan silah-sursat araşdırıldıqdan sonra aidiyyəti orqanlara təhvil veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR