Bakı. 10 oktyabr. REPORT.AZ/ İstanbulda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündə bir araya gəliblər.
Qapalı keçirilmiş görüş 1 saat 40 dəqiqə çəkib.
Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar da iştirak edib.