Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib

Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib
20:32 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək post-sovet dövründə orta günlük rekordunu yeniləyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verilib. 
Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rusiyanin-neft-hasilati-post-sovet-rekordunu-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR