Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Ekranlara dönməyəcəm”

“Ekranlara dönməyəcəm”

Date: 10 October 2016 20:36

Bu yaxınlarda saç əkdirərək imic dəyişikliyi edən aktyor Arda Kuralın ekranlara dönəcəyi bildirilirdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirdiyi nevroz xəstəliyinə görə bir müddətdir görünməyən aktyor,  ekranlara qayıtmaq istəmədiyini açıqlayıb.

Bir zamanlar “Türkiyənin Leonardo DiKapriosu” adlandırılan A.Kural ticarətlə məşğul olmaq istədiyini söyləyib:

“Televiziya məni həm xoşbəxt etdi, həm də kədər yaşatdı. “O bu qədər maaş aldı”, “Filankəs bu qədər qazanır” kimi xəbərləri gördükdən sonra geriyə baxmadan uzaqlaşıram. Yəqin ki, kinolara qayıtmayacam. Şəffaf daşların ticarəti ilə məşğul olmaq istəyirəm”.

A.Kural çox çətin günlərdən keçdiyini, hazırda özünü yaxşı hiss etdiyini deyib.


Tags:  Ekranlara dönməyəcəm

RƏYLƏR


Top news