Ruslar rekordu yenilədilər

Ruslar rekordu yenilədilər
20:37 10 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək postsovet dövründə orta günlük rekordunu yeniləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verib. 
Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR