OPEK-in baş katibi: "Vəziyyət müsbətə doğru dəyişib"

OPEK-in baş katibi: "Vəziyyət müsbətə doğru dəyişib"
21:05 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"OPEC-in noyabr ayına nəzərdə tutulmuş iclasınadək quruma daxil olmayan ölkələrlə məsləhətləşmələrdə irəliləyişə nail olmaq mümkündür".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki,  bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
O, suallara cavab verərkən bildirib: "Hesab edirəm ki, vəziyyət müsbətə doğru dəyişib və biz noyabrın 30-da gözlənilən OPEC kohfransınadək diskussiyalarda irəliləyə bilərik".

"Rusiyadan başqa, hansı OPEC-dən kənar ölkə noyabrın 12-də neft hasil edən ölkələrin görüşündə iştirak edəcək?" sualına cavab verən M.Barkindo vurğulayıb: "Bizə deyiblər ki, Azərbaycan və Meksika iştirak edəcək".  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/478140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR