Mən sizə haram tikə yedizdirmədim

Mən sizə haram tikə yedizdirmədim
21:32 10 Oktyabr 2016
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar marketlərdən, paltar mağazalarından oğurluq edənlərin sayı artıb.

"İş" başındaykən nəzarət kamerasına yaxalanmış ehtiyacın əsir aldığı insanların görüntülərini izlədikcə ağrı üzlü qonaq kimi gəlib oturur ürəyimizdə...

Xeyirlə şər, halalla haram arasında əbədi mübarizədə maddi sıxıntılara tab gətirməyib son çarə kimi oğurluğa əl atan adamların uduzduqları qazandıqlarından qat-qat artıqdır.

Köhnə məhəlləmizdə yaşı yetmişi haqlamış Dilbər adlı bir qonşumuz var idi. Hər səhər yeddi-səkkiz yaşlarında olan nəvəsini də yanına alıb üz tutardı dükan-bazara. Satıcıların gözlərindən yayınıb piştaxtanın üstündən oğurladığı şeyləri gah ətəyində, yaxasında, gah da nəvəsinin köynəyinin altında gizləyərdi. Bir-iki dəfə satıcılar duyuq düşüb yaxalasalar da, Dilbər arvadın ağ saçlarına, bir də qorxuya düşüb için-için ağlayan uşağın göz yaşlarına rəhm eləyib polis çağırmaqdan vaz keçmişdilər.

Dilbər arvad öləndən sonra nəvəsi başladı bloklardan elektrik lampalarını oğurlamağa. Qürbət kişinin təzə aldığı avtomobilinin yoxa çıxmış təkərləri də onların zirzəmisindən tapılmışdı. Bir dəstə adam minnətə gəlmişdi Qürbət kişinin qapısına. O da minnətçi düşənlərin sözünü yerə salmayıb şikayətçi olmamışdı.

Sonunda Dilbər arvadın nəvəsini qonşunun açıq qalmış pəncərəsindən oğurluğa girdiyi üçün polislər tutub aparmışdılar bölməyə... Cəzasını çəkib qayıtmışdı məhləyə. Ancaq bir ay keçməmiş tələbə qızın qulağından sırğanı dartıb qaçan zaman tutulub yenidən qayıtmışdı həbsxanaya. Bir neçə ildən sonra beli bükülmüş, saç-saqqalı ağarmış vəziyyətdə dönmüşdü evlərinə. Zindanlarda çürütdüyü ciyərlərinə azadlığın havasını doyunca çəkmək qismət olmamışdı. Evlərinə gələndən bir həftə sonra ölmüşdü.

Halala arxa çevirib harama əl uzadan və yuxarıda əhvalatını yazdığım gəncin taleyini yaşayan nə qədər insan var bu məmləkətdə...
Nəfslərinə yenik düşüb paltar mağazasından kofta, ayaqqabı dükanından çəkmə, marketlərdən ərzaq oğurlayan adamlar törətdikləri əməlin, düşdükləri zillətin nə ilə sonlana biləcəyini düşünməlidirlər. Bilməlidirlər ki, haram loxmanı udmaq olsa da, həzm etmək olmur.
Vaxt var ikən onları uçuruma aparan bu yoldan uzaqlaşmalıdırlar.

Uzaqlaşmalıdırlar ki, günü sabah övladlarına qorxub çəkinmədən deyə bilsinlər: "Mən sizə haram tikə yedizdirmədim..."

Xuraman Hüseynzadə
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ermənistanda itkin düşdüyü elan edilən dövlət məmurunun meyiti taplıb

26 İyul 2017 10:52

Huşunu itirən generalı Ukrayna prezidenti əfv etmədi - VİDEO

26 İyul 2017 10:52

UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı

26 İyul 2017 10:49

Diqqət: Bakıda tək olan bu müalicə üsulu ilə... - VİDEO

26 İyul 2017 10:48

Gündən-günə arıqlayan Aygün Kazımova SON HALI ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO

26 İyul 2017 10:48

Rabitəçilərin hökmü sabaha qaldı

26 İyul 2017 10:44

Suriya yenə qan gölünə döndü

26 İyul 2017 10:43

“SOCAR Ukraine” “Tengizchevroil” şirkətindən maye qaz alıb

26 İyul 2017 10:42

Bakının şüşəsilən alpinistləri

26 İyul 2017 10:42

“Sumqayıt Dəmir Beton-1” səhmdarlarına hesabat verəcək

26 İyul 2017 10:42

Bakıda qonşunun atdığı siqaret az qala bir mənzili kül edəcəkdi - VİDEO

26 İyul 2017 10:42

Məzarlıqda tunel tapıldı

26 İyul 2017 10:41

Futbolçudan boşanan model özünə yeni sevgili tapdı

26 İyul 2017 10:40

Bakıda faciə: araqdan zəhərlənib öldü

26 İyul 2017 10:39

Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı

26 İyul 2017 10:38

"Neftçi"dən ayrılan Gürcüstan millisinin futbolçusu "SKA-Xabarovsk" klubu ilə müqavilə bağlayıb

26 İyul 2017 10:37

Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

26 İyul 2017 10:35

Burak Özçivitlə Fahriye Evcen toydan sonra İLK DƏFƏ - FOTO

26 İyul 2017 10:33

"Roma" "Tottenhem"dən üstün oldu - VİDEO

26 İyul 2017 10:32

Neftçalada itkin düşən abituriyentdən XƏBƏR VAR

26 İyul 2017 10:32

IV qrupda ixtisas seçimi zamanı nələrə diqqət yetirməli?

26 İyul 2017 10:27

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozdu

26 İyul 2017 10:23

Sevda dəyişib belə oldu - FOTOlar

26 İyul 2017 10:22

Ağcaqanad dişləyən yerə bunu sürtün

26 İyul 2017 10:22

50 min adam işıqsız qaldı

26 İyul 2017 10:18

Moody's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

26 İyul 2017 10:17

"Sumqayıt" aşağı liqa klubuna uduzdu - VİDEO

26 İyul 2017 10:17

ABŞ Ermənistana maliyyə yardımını 3 dəfədən çox azaldıb

26 İyul 2017 10:17

Gəlini döyüb, saçını qırxdılar

26 İyul 2017 10:15

Elmdə müdhiş sıçrayış: bakteriyalarla işləyən mühərrik ixtira edildi

26 İyul 2017 10:13

Bakıda "Mercedes" yandı

26 İyul 2017 10:12

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.07.2017)

26 İyul 2017 10:12

Azərbaycanlı cüdoçu Avropa Olimpiya festivalında medal qazanıb

26 İyul 2017 10:12

“Moody's” “Kapital Bank”ın reytinqini təsdiqləyib

26 İyul 2017 10:12

Bakıda qayda-qanun tanımayan avtobus sürücüləri - FOTO

26 İyul 2017 10:12

“Hyundai Motors”da İFLAS TƏHLÜKƏSİ

26 İyul 2017 10:08

Kökənin içinə öz südünü qatdı, şagirdlərə satdı

26 İyul 2017 10:08

Cəbhədən XƏBƏR VAR

26 İyul 2017 10:05

Salyanda 4 otaqlı ev yandı

26 İyul 2017 10:05

Salyanda 4 otaqlı ev yandı

26 İyul 2017 10:05

Cəbhədəki son vəziyyət

26 İyul 2017 10:01

Çin sular altında qaldı - Sakinlər təxliyə olunur

26 İyul 2017 09:57

Ermənilər atəşkəs rejimini 128 dəfə pozub

26 İyul 2017 09:57

Paytaxtda "Mercedes" yandı

26 İyul 2017 09:56

24 azyaşlı qızla nikaha girən 145 uşaq atasına 5 il HƏBS CƏZASI

26 İyul 2017 09:53

Hadisə şəxsi həyatı haqqında sirlərini açdı: “Ehtirasını mənimlə yaşaya bilən bir kişidən...” - FOTO

26 İyul 2017 09:53

Azərbaycan nefti bahalaşdı

26 İyul 2017 09:52

"Əylənmək üçün toy etdik" - Burak Özçivit

26 İyul 2017 09:47

Makedoniyadakı zəlzələdə 1100 insan ölüb

26 İyul 2017 09:45

Şəki halvası haqda süjet dünyaya yayımlandı

26 İyul 2017 09:43