Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobil betona çırpıldı, sürücü öldü

Avtomobil betona çırpıldı, sürücü öldü

Date: 10 October 2016 21:43

Samuxda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.

Samux rayon sakini, 1980-ci il təvəllüdlü Əli Hüseynov idarə etdyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın beton maneəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.


Tags:  Avtomobil betona çırpıldı sürücü öldü

RƏYLƏR


Top news