İranda təyyarə qəzaya uğrayıb

İranda təyyarə qəzaya uğrayıb
22:05 10 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

İranda "Sepah"ın təyyarəsi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təyyarə İran İslam İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarına məxsus olub və  kəşfiyyat əməliyyatından qayıdarkən qəzaya uğrayıb.

Hadisə İranın İranşəhr şəhəri yaxınlığında baş verib, təyyarə elektrik xəttinə toxunaraq yerə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.
 
Qeyd edək ki, İranşəh Sistan və Bəluçistan əyalətində yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR