Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Rusiya ilə münasibətlərin normallaşması prosesi..."

Ərdoğan: "Rusiya ilə münasibətlərin normallaşması prosesi..."

Date: 10 October 2016 22:12

Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
 
"Türkiyə-Rusiya münasibətləri baxımından bu gün biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək", deyə Ərdoğan bildirib.
 
Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib. Görüşdən sonra Rusiya ilə Türkiyə arasında "Türk axını" üzrə saziş imzalanıb.

Milli.Az


Tags:  Ərdoğan Rusiya münasibətlərin normallaşması prosesi

RƏYLƏR


Top news