Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Whey protein" içən kişilərə XƏBƏRDARLIQ

"Whey protein" içən kişilərə XƏBƏRDARLIQ

Date: 10 October 2016 22:32

Türkiyəli mütəxəssis Ersan Turan araşdırmasında kişilərin əzələ yığmaq üçün məşqlə bərabər "whey protein" tozundan kor-koranə istifadəsinin sonsuzluğa yol açdığını sübut edib.

Əslində kick-boks çempionu olan E. Turanın bu mövzuda araşdırma aparması təsadüfi deyil. O, yazısında idmançıların əzələ kütləsini artırmaq üçün daha çox istifadə etdiyi və idman zallarında olan, pendir mayalanması əsasında əldə edilən "whey protein" tozunun testis üzərindəki təsirindən bəhs edib. Milli.Az lent.az-a istinadən E. Turanın fikirləri ilə sizi tanış edir. 

O, "Təcrübə siçanları üzərində protein istifadəsinin testis toxuması və spermaya təsirləri" adını verdiyi araşdırmasını 6 nəfərlik qrupla həyata keçirib. Araşdırmada 21 təcrübə siçanı istifadə olunub. Təcrübə siçanlar "nəzarət qrupu", "whey protein verilən qrup" və "məşqlə birlikdə whey proteini verilən qrup" olmaqla 3 yerə ayrılıb. Bu qruplardan "məşqlə birlikdə whey proteini" qrupundakı təcrübə siçanlarına su içərisində iki ay boyu məşq etdirilib, eyni zamanda "whey protein" tozu verilib. İkinci ayın sonunda bu qrupdakı siçanların testis quruluşu araşdırılıb. Araşdırmadan sonra təcrübə siçanlarının testis və sperma quruluşunda histoloji və fizioloji pozuntularun meydana gəldiyi aşkarlanıb.
 
Araşdırmandan sonra hazırlanan məqalədə idmançıların çoxunun istifadə etdiyi "whey protein" tozunun mütləq mütəxəssis nəzarəti altında və kafi dozada istifadə edilməli olduğu vurğulanıb. Eyni zamanda, kor-koranə istifadə edilməsi halında testis və spermanın zədələnməsi nəticəsində sonsuzluğa qədər nəticələrə səbəb ola biləcəyi qeyd edilib.

Milli.Az


Tags:  Whey protein içən kişilərə XƏBƏRDARLIQ

RƏYLƏR


Top news