Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Dayısının nə deməsi bizə maraqlı deyil" - AFFA rəsmisi

"Dayısının nə deməsi bizə maraqlı deyil" -  AFFA rəsmisi

Date: 10 October 2016 22:37

Azərbaycan - Norveç oyunu zamanı diqqətsizlik səbəbindən körpüdən yıxılan Nahid Zahidovun vəziyyəti yaxşılığa doğru gedir. Bu barədə futbolinfo.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

 

Həmsöhbətimiz xəsarət alan şəxsin AFFA tərəfindən müalicə xərclərinə dair məsələyə də aydınlıq gətirib: "Nahidin atasıyla danışmışıq. Zahidov dövlət xəstəxanasında müalicə olunur. Bütün lazımi dəstəyi də assosiasiya üzərinə götürüb. Dayısının, yaxud digər qohumunun nə deməsi bizə maraqlı deyil. Biz Nahidin atası ilə danışmışıq. O ki qaldı Nahidin hazırkı durumuna, 3 saat əvvəl AFFA-nın həkimi Mahir Məmmədov xəstəxanayla əlaqə yaradıb. Ona bildirilib ki, xəstənin vəziyyəti yaxşılığa doğru gedir".



Tags:  Dayısının deməsi bizə maraqlı deyil AFFA rəsmisi


RƏYLƏR


Top news