Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İranda “Sepah”ın təyyarəsi qəzaya düşdü: 1 ölü, 1 yaralı

İranda “Sepah”ın təyyarəsi qəzaya düşdü: 1 ölü, 1 yaralı

Date: 10 October 2016 22:39

İranda “Sepah”ın təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, təyyarə İran İslam İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarına məxsus olub və  kəşfiyyat əməliyyatından qayıdarkən qəzaya uğrayıb.

 

Hadisə İranın İranşəhr şəhəri yaxınlığında baş verib, təyyarə elektrik xəttinə toxunaraq yerə düşüb. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1-i yaralanıb.

 

Qeyd edək ki, İranşəh Sistan və Bəluçistan əyalətində yerləşir.


Tags:  İranda Sepahın təyyarəsi qəzaya düşdü ölü yaralı


RƏYLƏR


Top news