Barmağını ölç, şəxsiyyətini analiz et - TEST

Barmağını ölç, şəxsiyyətini analiz et - TEST
22:47 10 Oktyabr 2016
297 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az-ın lent.az-a istinadən təqdim etdiyi bu testi sınamaq çox asandır. Sadəcə üzük və işarə barmaqlarınızın uzunluğunu ölçün və şəxsiyyətinizi analiz edin.

A - İşarə barmağınız üzük barmağınızdan qısadırsa;
 
Bu cür insanlar adətən cazibədar və çox danışan olurlar. Qərarlı, cəsarətlidirlər. Gözlənilməz problemləri həll etmək baxımından digər insanlarla müqayisədə daha bacarıqlıdılar. İnsanlara qarşı çox cana yaxındılar və ətrafındakılar bu səmimiyyəti hiss edə bilirlər. Şəxsiyyət tipinə görə mühəndis və elm insanı olmağa daha uyğundurlar. Eyni zamanda "puzzle" yığmaqda onlardan yaxşısı yoxdur!
 
B - İşarə barmağınız üzük barmağınızdan uzundursa;
 
İşarə barmağı üzük barmağından böyük insanlar özlərinə güvənirlər. Dostlarla bir mühitdə əylənməyi bacarırlar. Lazımsız mövzular üçün vaxtlarını boşuna xərcləməkdən  qaçırlar. Yeni bir işə başlamaqda, ya da şəxsi münasibətlərdə adətən ilk addımı atmamağa üstünlük verirlər. İncə düşünür, bir çox mövzuda olduqca diqqətlidir.
 
C - İşarə barmağınız və üzük barmağınız bərabərdirsə;
 
Əgər işarə və üzük barmağınız şəkildəki kimi bərabərdirsə, olduqca sakit, yaxşı xasiyyətli və fikir ayrılıqlarını sevməyən tipsiniz. Hər kəslə yaxşı anlaşa, yola gedə bilirsiniz. Ailənizə və yoldaşlarınıza çox sadiqsiniz, özünüzü onlara həsr edirsiniz. Ancaq tez əsəbiləşirsiniz. Kiçik bir anlaşılmazlıq böyük bir davaya çevrilə bilər. Kiminsə sizə qarşı çıxılmasından daha çox sizin tərəfinizdə olmasından xoşlanırsınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR