"Sabah onlara baş məşqçimizi tanıtdıracağıq" - Rahid Əmirquliyev

"Sabah onlara baş məşqçimizi tanıtdıracağıq" -   Rahid Əmirquliyev
22:47 10 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

“Çexiya barədə çox danışmağa ehtiyac yoxdu. Hamı onların necə komanda olduğunu yaxşı bilir”. Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev deyib.

 

DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.

 

Millimizin oyunöncəsi mətbuat konfransında iştirak edən Əmirquliyev bunları əlavə edib: “Bizi sabah çətin görüş gözləyir. Rəqibi yaxşı təhlil etmişik. Öz oyunumuzu göstərib, sərfəli nəticə əldə etməyə çalışacağıq”.

 

- Çexiya yığmasının çalışdırıcısı bildirdi ki, Robert Prosineçkini məşqçi kimi yox, sabiq futbolçu kimi tanıyır. Sabah məşqçinizi ona tanıtdıra biləcəksizmi?


- Mən inanmıram ki, o, Prosinçekini tanımasın. Əgər elədisə, sabah onlara baş məşqçimizi tanıtdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. (apasport.az)


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsabah-onlara-ba-mqcimizi-tantdracaqquot-t53254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR