Almaniyada Azərbaycan toyları təşkil edən soydaşımız - FOTO

Almaniyada Azərbaycan toyları təşkil edən soydaşımız - FOTO
22:52 10 Oktyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Təbrizdə 100 min soydaşımız "Azərbaycan" qışqırdı - VİDEO (05 Aprel 2017 14:57)

Taleh Quliyevin sözlərinə görə, başqa millətlərin nümayəndələri bizim süfrəmizi görəndə etiraf edirlər ki, dünyada belə mətbəx görməyiblər 

18 ildir Almaniyada yaşayır. Orta məktəbi bitirib valideynləri, qardaşı ilə birlikdə bu ölkəyə yollanıb. Sonradan ailənin bütün üzvləri vətənə qayıtsa da, o, qalası olub. Almaniyada kursa yazılaraq italyan mətbəxini öyrənib. Əlinin duzu yaxşı olduğundan italyan restoranında baş aşpaz vəzifəsinədək yüksəlib. Hazırda Almaniyada Azərbaycan toylarının, nişan, xınayaxdı mərasimlərinin, kiçik toyların, ad günlərinin təşkili ilə məşğuldur. Həm qrupu ilə birlikdə yeməklərin, şirniyyatın hazırlanması, həm süfrənin bəzədilməsi, həm də müğənnilərin, çalğıçıların dəvətinə kimi toyla bağlı hər bir işi təşkil edir. Müsahibimiz Almaniyanın Bad Oeynhausen şəhərində yaşayan həmyerlimiz Taleh Quliyevdir.

İtalyan mətbəxinin baş aşpazı Azərbaycan toylarını təşkil edir

Deyir ki, Almaniyaya yeni gələndə dil öyrənmək onun üçün çox çətin olub: "Məktəbi yaxşı oxumamışdım. Dili öyrənmək baxımından çox çətinlik çəkdim. Amma sonda öyrəndim. İndi bu dildə çox təmiz danışıram. Çətin olsa da, öyrənmək məcburiyyətində idik. Çünki bu cəmiyyətə inteqrasiya olunmaq, yaşamaq, halal yolla pul qazanmaq  istəyiriksə, aborigen xalqın dilində danışmağı bacarmalıyıq".

Almaniyaya gələndən sonra nə ilə məşğul olacağı barədə düşünür və aşpaz olmağa qərar verir: "İtalyan mətbəxinə əvvəldən həvəsim olduğundan bu mətbəxi öyrənməyə üstünlük verdim. Bu sahədə qabiliyyətim vardı deyə, çox tez götürdüm".

Azərbaycan toylarının, müxtəlif mərasimlərin təşkilinə gəlincə, müsahibimiz deyir ki, iki il bundan əvvəl belə bir işə start verib: "Son iki ildir toy təşkilatçılığına başlamışıq. Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar həddən artıq çox, bu sahədə təşkilatçılıqla məşğul olanlar isə çox azdır. Sözügedən sahədə boşluğu hiss etdim və ailəmlə birlikdə bu işin qurulmasına qərar verdik. Bacarığı olan azərbaycanlıları bir araya gətirib qrupumuzu yaratdıq və qollarımızı çırmalayaraq işə başladıq. İşlər də şükür, yaxşı gedir. Bizi Almaniyanın müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz toy, nişan, xınayaxdı, kiçik toy, ad günü mərasimlərini təşkil etməyə çağırırlar. Məni sevindirən odur ki, işimiz yavaş-yavaş böyüyərək Almaniynın sərhədlərini aşır. Avropa ölkələri arasında sərhəd olmadığından rahatlıqla sifarişləri qəbul edə bilirik. Təşkil etdiyimiz bütün işlərdə bir dənə də nöqsanın olmasına imkan vermirəm. Düşünürəm ki, müştərini məmnun etmək və daha çox müştəri qazanmaq üçün işimizi təmiz, qüsursuz görməliyik. Dünyanın hər yerində belədir. İnsanlar işi peşəkarına tapşırmağı sevirlər".

Talehin dediyinə görə, Almaniyada keçirilən toyların Azərbaycandakılardan heç bir fərqi olmur: "Bakıda toylarımız necə keçirsə, çalışırıq ki, burada da elə keçsin. Adət-ənənələrimizdən tutmuş yeməklərimizə qədər hər şey eyni olur. Azərbaycan mətbəxində olan hər bir yeməyi, şirniyyatı hazırlayırıq.  50 nəfərdən tutmuş 500 nəfərə qədər məclis təşkil edirik. Hətta xınayaxdı mərasimlərində xanımlarımız üçün milli geyimlər də veririk".

Alman və azərbaycanlı toyu arasındakı fərq

Almaniyada şadlıq evlərinə gəlincə, müsahibimiz deyir ki, Azərbaycandakı şadlıq evləri dünyanın heç bir yerində yoxdur: "Azərbaycanlılar toyu Almaniyadakı restoranlarda keçirirlər".

Taleh alman toylarından da söz açdı: "Almanlar çox soyuq millətdir. Onlara qalsa, heç toy da etməzlər. 10-20 nəfər nikah kəsilən idarənin qarşısına yığışır, cütlüklər bir-birlərinə gül verir, şəkil çəkdirirlər, sonra da gedib balaca restoranda oturub ailəvi yemək yeyib çıxıb evlərinə gedirlər. Düzdür, toyu böyük zalda keçirənlər də olur, amma bu zaman da süfrələrində ancaq meyvə, qoz-fındıq, şirniyyat və içki olur. Bəzən almanlar bizim toylarda  iştirak edirlər. Gözlərimin şahidi olmuşam ki, süfrəmizi görüb təəccüb hissi keçirir, "biz hara düşmüşük", -deyirlər. Azərbaycan mətbəxində hər şey bol, hər şey gözəldir. Onların toyları isə çox yüngülvari keçir. Bizim kimi adət-ənənələr, canlı musiqi olmur. Ümumiyyətlə, nəinki almanlar, burada yaşayan türklər, ruslar və başqa millətlərin nümayəndələri də bizim süfrəmizi görəndə etiraf edirlər ki, dünyada belə mətbəx, belə süfrə görməyiblər".

Almaniyadakı həmvətənlərimizin də Azərbaycan toylarındakı kimi israfçılıq etməsinə gəlincə, həmsöhbətimiz deyir ki, bu, toydan asılı olaraq dəyişilir: "Elə müştəri var ki, deyir, israfçılıq olmasın. Bəziləri isə deyir ki, hər şey bol olsun -  Azərbaycandakı kimi".

Almanların mətbəxinin həddən artıq zəif olduğunu deyən baş aşpaz onların yağlı yemədiyini, ancaq bizim məclislərə düşəndə özlərini saxlaya bilmədiklərini deyir: "Plovumuzu çox bəyənir və məclislərimizdə o ki var yeyirlər". 

"Almanlar bizim millətə ona görə hörmət edir ki..."

Taleh almanların bizim millətə çox hörmət etdiyini bildirir: "Ərəblərdən fərqli olaraq, bizim millət çox işgüzardır və ailəsinə bağlıdır. Almanlar görürlər ki, bizim millət alın təri, halal zəhməti  ilə işləməyi sevir, buna görə həmişə bizə hörmətlə yanaşırlar".

Müsahibimiz Azərbaycanda yaşayan həmyerlilərimizdən narazılığını da dilə gətirdi: "İldə bir dəfə Azərbaycana gedirəm, orada həmyerlilərimlə söhbət edirəm. Bizim millət uzaqdan-uzağa elə bilir ki, Avropada yaşamaq çox asandır. Hər şeyi qarşına qoyurlar ki, al, yaşa. Yaxşı yaşamaq üçün burada da işləmək lazımdır. Heç kim havayı yerə cibinə gətirib pul qoymur. Düzdür, Almaniya gözəl ölkədir, imkanları genişdir, amma işləyən üçün. Burada yaşadığımız 19 ildə çox çətinliklərimiz olub, elə indi də olur, amma zəhmətimizlə öhdəsindən gələ bilirik".

Sonda həmsöhbətimiz gələcəkdə Almaniyada Azərbaycan restoranı açmaq planlarının olduğunu dilə gətirdi.

Kaspi.az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21

Nəfəs aparatına qoşulu yaşayan xalq artistinin SON DURUMU - ÖLÜM TƏHLÜKƏSİ

24 İyun 2017 16:19

Berluskoni: "Trampın arvadından xoşum gəlir" - FOTO

24 İyun 2017 16:17

UNEC-də millət vəkillərinin iştirakı ilə “Açıq qapı” (FOTO)

24 İyun 2017 16:15

Bakıda konsert verməyə hazırlaşan Meray Keri kökəlib bu hala düşdü - FOTO

24 İyun 2017 16:13

Daha bir "Qarabağ"lı "Adanaspor"la anlaşdı

24 İyun 2017 16:07

Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - VİDEO - FOTO

24 İyun 2017 16:05

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusuna növbəti “polkovnik” hərbi rütbəsi verilib

24 İyun 2017 16:02

Lütlənib oğlanla dağa çıxdı, sonra... - ANBAAN VİDEO

24 İyun 2017 15:58

Qazaxıstanlı turistlər: Azərbaycanda insanlar çox mehribandır

24 İyun 2017 15:55

Ərdoğanla Putin arasında telefon danışığı -

24 İyun 2017 15:53

Terrorçuların Məkkə planında ŞOK DETAL

24 İyun 2017 15:48

Rəqsanənin qızı gəlinlik geyindi - FOTOLAR

24 İyun 2017 15:44

Almaniyalı turist: Bakı çox gözəl şəhərdir

24 İyun 2017 15:43

Luis Hemilton bulvarda avtoqraf paylayıb

24 İyun 2017 15:42

Həmkəndlisini öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

24 İyun 2017 15:42

"Danışsam, qan düşəcək" - Tolik əsəbləşdi

24 İyun 2017 15:42

Bakıda əl qumbarası satmaq istəyən şəxs ələ keçdi

24 İyun 2017 15:39

Anadan DƏHŞƏTLİ ADDIM: 6 aylıq körpəsinə BUNU ETDİ - FOTO

24 İyun 2017 15:38

Messi 30 yaşında

24 İyun 2017 15:37

Saçınız soda ilə yusanız...

24 İyun 2017 15:33

Azərbaycanda günəş enerjisi istehsalı azalıb

24 İyun 2017 15:27

Pirallahıda piyadanı vurub qaçan sürücü saxlanılıb

24 İyun 2017 15:27

Bakı klubunun rumın legioneri gəldi - SON DURUM

24 İyun 2017 15:27

Pakistanda tələfat sayı artdı -

24 İyun 2017 15:26

Amerikalı zənginlərdən Trampa TƏRS ŞİLLƏ

24 İyun 2017 15:23

Qumbara satmaq istəyən tutuldu, narkotik mənbəyi tapıldı

24 İyun 2017 15:22

Naxçıvanda oftalmologiya ilə bağlı elmi araşdırmlar aparılacaq

24 İyun 2017 15:15

Azərbaycana qızıl qaçaqmalçıları yaxalanıb

24 İyun 2017 15:14

Ən uzaq məsafədən terrorçunu vuraraq REKORDU QIRDI

24 İyun 2017 15:13

Milyarderlər axirət gününə hazırlaşır - Onlar nəsə bilir?

24 İyun 2017 15:12

Formula 1: Ferstappen yarışı tərk etdi

24 İyun 2017 15:08

Samirə və ərinin qolf sevgisi - FOTO

24 İyun 2017 15:05

“Səhvən” atılmış raketin Kəbəyə düşməsi...” – QİYAMƏT SSENARİSİ

24 İyun 2017 15:03

Qaçırılan jurnalistlər azad edildi

24 İyun 2017 14:59

Azərbaycana qanunsuz qızıl keçirmək istədilər

24 İyun 2017 14:57

Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri (FOTO)

24 İyun 2017 14:55

Təhlükəsizlik işçisi xanım vəkilə TƏCAVÜZ ETDİ

24 İyun 2017 14:53

Sevdadan ərinə: "Səninlər hüzur tapıram"

24 İyun 2017 14:52

Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib

24 İyun 2017 14:50