Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“SOCAR Turkey Enerji” və “Rosneft” arasında saziş imzalanıb

“SOCAR Turkey Enerji” və “Rosneft” arasında saziş imzalanıb

SOCAR "Petkim"dəki payının daha bir hissəsini satmağı planlaşdırır (08 Mart 2017 15:05)
Bu ölkə zibildən "qazanacaq" (07 Mart 2017 05:58)
İran zibildən "qazanacaq" (06 Mart 2017 23:22)

Tarix: 10 Oktyabr 2016 22:52

Bakı. 10 oktyabr. REPORT.AZ/ “SOCAR Turkey Enerji AS” ilə “Rosneft” şirkəti İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində neft və neft məhsulları təchizatının əsas şərtləri haqqında saziş imzalayıb.
"Report" xəbər verir ki, bu haqda AZƏRTAC “Rosneft”in mətbuat xidmətinə istinadla məlumat yayıb.
Sənədə əsasən, tərəflər tikintisi “SOCAR Turkey Enerji” tərəfindən həyata keçirilən və təxminən 10 milyon ton gücə malik yeni “STAR” neft emalı zavodu çərçivəsində əməkdaşlığın potensialını öyrənəcək. Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək. Məhsulun nomenklaturası, eləcə də təchizatın həcmi və müddəti tərəflərin ortamüddətli perspektivdə imzalayacağı hüquqi öhdəlik sənədləri çərçivəsində müəyyən olunacaq.
“Rosneft”də hesab edirlər ki, “SOCAR Turkey Enerji” ilə potensial tərəfdaşlıq şirkətin beynəlxalq əməliyyatlarından əlavə sinergetik səmərə əldə etməyə imkan verəcək.

Teqlər:  SOCAR Turkey Enerji Rosneft arasında saziş imzalanıb



RƏYLƏR


Top xəbərlər