Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtomobillə piyadanı vurub qaçdı

Avtomobillə piyadanı vurub qaçdı

Date: 10 October 2016 22:58

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Padar kəndində baş verib.

Kənd sakini, 1966-ci il təvəllüdlü İbrahimov Mikayıl İsmayıl oğlu naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan M.İbrahimov Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Tags:  Avtomobillə piyadanı vurub qaçdı

RƏYLƏR


Top news