Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə avtomobil yol polisi əməkdaşını vurub

Gəncədə avtomobil yol polisi əməkdaşını vurub

Date: 10 October 2016 23:13

Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Tags:  Gəncədə avtomobil yol polisi əməkdaşını vurub

RƏYLƏR


Top news