Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şokolad yeyən hamilənin uşağı xoşbəxt doğulur?

Şokolad yeyən hamilənin uşağı xoşbəxt doğulur?

Date: 10 October 2016 23:57

2014-cü ildə Finlandiyadakı Helsinki Universitetinin professoru Katri Raikkonen şokolad yeməklə şad-xürrəm uşağın doğulması arasında bağlılığı araşdıran təhqiqatının nəticələrini dərc edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu araşdırmaya medianın hay-küylü təbliğat reaksiyasına baxmayaraq, elə birincisi, Raikkonenin özü vurğulayıb ki, şokolad yeməklə xoşbəxt bir uşaq doğmaq arasındakı əlaqə elmi baxımdan isbat olunmayıb. Bununla belə, alim qadın qeyd edir ki, şokoladın inkişafda olan dölə təsirini ağlabatan şəkildə göstərən "bioloji mexanizmlər" mövcuddur. 

"Burada dolayısı ilə, "psixoloji" əlaqə ola bilər, - deyib xanım Raikkonen, - ola bilsin ki, hamilə qadın şokolad yeyərkən yaxşı hisslər keçirdiyi üçün bu hissiyyat onun bətnindəki uşağı da müsbət təsirləndirir".

Milli.Az


Tags:  Şokolad yeyən hamilənin uşağı xoşbəxt doğulur

RƏYLƏR


Top news