Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

40 günlük körpənin anası öldürüldü

40 günlük körpənin anası öldürüldü

Date: 11 October 2016 00:23

Abşeronda qətl hadisəsi olub.

Publika.az Femida.az-a istinadən xəbər veri ki, hadisə Masazır qəsəbəsində baş verib.

Belə ki, Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib.

Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedib. Bu nikahdan 40 günlük körpələri var. Qətlə yetirilən Lalə Muxtarova Ağdam rayonundan olan məcburu köçkün ailəsindəndir.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi faktı təsdiqləyib. Fakt üzrə araşdırma aparılır.


Tags:  günlük körpənin anası öldürüldü

RƏYLƏR


Top news