Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İlham Əliyev və Ərdoğanın görüşündə səmimi ANLAR (VİDEO)

İlham Əliyev və Ərdoğanın görüşündə səmimi ANLAR (VİDEO)

Date: 11 October 2016 00:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, kamera önünə keçən prezidentlərin olduqca səmimi olduqları diqqətdən yayınmayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə ilə hər zaman bir yerdədir və bir yerdə olacq.

“Əziz qardaşımın dediyi kimi, bu gün buraya gələnlərin mütləq əksəriyyəti Türkiyəyə, əziz qardaşıma dəstək vermək üçün gəlib. Bu, çox böyük uğurdur. Türkiyə yenə də bütün dünyanı dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl günlərimiz olacaq, bax, həmişə belə, bərabər”.

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycan və Türkiyənin dostluğu və qardaşlığı əbədidir.

S.B.


Tags:  İlham Əliyev Ərdoğanın görüşündə səmimi ANLAR VİDEO


RƏYLƏR


Top news