Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin: " Müdafiə sənayesi sahəsində əməkdaşlığa da hazırıq"

Putin: " Müdafiə sənayesi sahəsində əməkdaşlığa da hazırıq"

MDB-nin qabaqcıl tikinti şirkətləri müəyyən ediləcək (01 Mart 2017 09:27)
Azərbaycan Pakistandan hərbi məhsullar alacaq (28 Fevral 2017 20:24)
Yavər Camalov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib (24 Fevral 2017 15:22)

Tarix: 11 Oktyabr 2016 03:18

"Suriya ordusu ilə müxalif qruplar arasında uzalaşma üçün təkliflərimizi ortağımız Türkiyəyə təqdim etdik".

"Report" Haberturk-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğoğanla İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

"Humanitar yardım karvanlarına atəş açılmaması üçün ABŞ-ı da məlumatlandırdıq. Hərbi sahədə təmaslarımızı sürətləndirmək məsələsində də razılaşdıq.Müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək lazımdırsa, biz buna da hazırıq. Hər iki tərəfdən bu məsələ ilə bağlı təkliflər araşdırılmaqdadır", -deyə Rusiyanın dövlət başçısı vurğulayıb.

İnfromasiyaya görə, V.Putin deyib ki, hazırda 200-dən çox gənc türk tələbə Rusiyada atom-nüvə sahəsi üzrə təhsil alır.

O, Türk axını təbii qaz boru xətti layihəsi çərçivəsində Türkiyəyə "mavi yanacağın" qiymətində endirim edilməsində razılıq əldə olunduğunu söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə razılaşdırdıqları məsələlərlə bağlı mütəxəssislərin fəaliyyətinin davam etdirəcəyini bildirib.


Teqlər:  Putin Müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırıq



RƏYLƏR


Top xəbərlər