Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda 18 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakıda 18 yaşlı gənc ürəyindən bıçaqlandı

Date: 11 October 2016 03:24

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın "musavat.com"-a istinadən xəbərinə görə, hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb.

 

18 yaşlı İsabala Elxan oğlu Allahverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər xəsarətin İsabala Allahverdiyevin ürəyini də zədələdiyini bildiriblər. Yaralının özü həkimlərə bildirib ki, küçə ilə gedərkən yıxılıb və nəticədə bədəninə şüşə parçası batıb. Lakin həkimlər yaranın xüsusiyyətinə görə, onun bıçaqla zərbə nəticəsində alındığını deyiblər.

 

Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.


Tags:  Bakıda 18 yaşlı gənc ürəyindən bıçaqlandı


RƏYLƏR


Top news