Lənkəranda motosiklet "07" ilə toqquşdu (FOTO)

Lənkəranda motosiklet "07" ilə toqquşdu (FOTO)
04:18 11 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda yol qəzasına iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə "Şəhidlər Xiyabanı" küçəsində baş verib.

"Vosxod" markalı motosiklet "Jiquli Vaz – 2107" markalı avtomaşınla toqquşub. Nəticədə motosikleti idarə edən Lənkəran şəhər sakini 34 yaşlı İsmayılov Ramin Ramiz oğlu baş nahiyyəsindən və sol ayağının kəsimiş-çırılmış yarası diaqnozu, motoskldə olan sərnişin şəhid övladı, 33 yaşlı Əsgərov Azad Həmid oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Huşsuz halda, vəziyyəti daha ağır olan A.Əsgərov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Motosiklet sürücüsünün dediyinə görə, qarşı tərəfdən hərəkət edən "Vaz 2107"-nin sürücüsü dönmə işarəsi etmədən dönüb. Nəticədə toqquşma baş verib.

Faktla bağlı yol polisi əməkdaşları tərəfindən araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR