Bakıda “Toyota” və BMW toqquşdu, yaralanan var

Bakıda “Toyota” və BMW toqquşdu, yaralanan var
04:39 11 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. “Toyota” və BMW markalı avtomobillər toqquşub. Qəza nəticəsində BMW-də olan sərnişin Ələkbər Hüseynov xəsarətlər alıb.

 

Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. İlkin ehtimala görə, BMW-nin sürücüsü sola dönmə əməliyyatı edərkən qarşıdan gələn avtomobili gözləməyib. Nəticədə toqquşma baş verib.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR