Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yaşayan Rumıniya vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Azərbaycanda yaşayan Rumıniya vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Date: 11 October 2016 04:47

Buxarest. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Rumıniya vətəndaşları üçün öz ölkələrində keçiriləcək növbəti parlament seçkilərində səs vermək imkanı yaradılacaq.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki,Rumıniya Xarici İşlər Nazirliyi Daimi Seçki Orqanına səsvermənin təşkil olunacağı xarici ölkələrdəki seçki məntəqələrinin siyahısını təqdim edib.
Rumıniya XİN Azərbaycan da daxil olmaqla ümumilikdə 90-dan çox ölkədə 417 seçki məntəqəsinin yaradılmasını təklifini irəliu sürüb. Əvvəlki parlament seçkiləri ilə müqayisədə budəfəki seçkilərdə 111 məntəqə çoxluq təşkil edir. Bu məntəqələrin 193-ü Rumıniyanın xarici ölkələrdəki səfirlik, konsulluq və mədəniyyət mərkəzlərində açılacaq. Belə məntəqələrin sayına görə İtaliya birinci (73 məntəqə), İspaniya ikinci (53 məntəqə), Moldova (35 məntəqə) isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Rumıniya hökumətinin avqustun sonunda qəbul etdyi qərara əsasən Parlamentin Senat və Deputatlar Palatasına seçkilər dekabr ayının 11-nə təyin edilib.
Seçki qabağı kampaniya 11 noyabr - 10 dekabr tarixlərini əhatə edəcək. Seçkilərin təşkilinə isə hökumət ümumilikdə 228 milyon lei ( 51,2 milyon avro) ayrıb. 

Tags:  Azərbaycanda yaşayan Rumıniya vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

RƏYLƏR


Top news