Çində 4 ev uçdu: 22 ölü

Çində 4 ev uçdu: 22 ölü
04:54 11 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Çjetsyan əyalətində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.

 

İnsident oktyabrın 10-a keçən gecə Vençjou şəhərində qeydə alınıb. Məlumata görə, xilasedicilər dağıntılar altından 22 nəfərin meyitini çıxarıb, 8 nəfəri xilas etmək mümkün olub. İnsidentin səbəbləri araşdırılır. Evlərin qanunsuz inşa edildiyi qeyd olunur.

 

Hazırda axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR