Kəsmikli roll - FOTO

Kəsmikli roll - FOTO
07:05 11 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az kəsmikli şirin rolların hazırlanma qaydasını təqdim edir

Tərkibi (16 ədəd): 

300 q kəsmik

1 ç.q. xama

1 ç.q. bal

1 ç.q. şəkər pudrası

3 çiyələk

1 ovuc gavalı qurusu 

0.5 banan

kokos yonqarı

fındıq (bəzək)

çalınmış qaymaq (bəzək)

Kəsmiyi iki bərabər hissəyə bölün. Birinə xama ilə balı, digərinə çiyələklə şəkər pudrasını əlavə edin. 

Hər iki kütləni ayrılıqda blenderdən keçirin. 

Qida plyonkasını masanın üzərinə sərin. Üzərinə bərabər qaydada çəhrayı kokos yonqarı səpin. Yonqarın üzərinə bəyaz kəsmikli kütləni səliqəylə döşəyin. Qara gavalını ortadan bölüb şəkildə göstərildiyi qaydada kəsmik layının ortasına düzün. Plyonkanı tədqicən qaldıraraq rulet kimi bükün. Sonra bütünlüklə plyonka ilə büküb hamar forma verin. 

Proseduru çəhrayı kəsmikli kütlə və bəyaz kokos yonqarı ilə təkrarlayın. Ancaq qara gavalı qurusu yerinə banan qoyun. 

Ruletləri soyuducuda yarım saat saxlayın. Bərkidikdən sonra doğrayıb üzərinə fındıq düzün. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/477375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR