Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq

Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq

Date: 11 October 2016 07:07

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, bu dəfə rəqib Çexiya yığması olacaq.
C qrupunun III turunun görüşü Çexiyanın Ostrava şəhərində olacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda səfər qarşılaşmasından sərfəli nəticə ilə dönəcəyi halda daha bir tarixi uğura imza atacaq. Seçmə mərhələnin ilk oyununda San Marinonu (1:0), ardınca Norveçi məğlub edən (1:0) milli komanda tarixində ilk dəfə seçmə tsiklə ardıcıl iki qələbə ilə start verib. Bu dəfəki səfər qarşılaşmasında da 3 xal əldə olunacağı təqdirdə Azərbaycan futbolunda yeni tarix yazılacaq. Nəticədə milli 12 xalla ilk pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.
Azərbaycanla eyni xala malik Almaniya yığması 4 xalı olan qrup üçüncüsü Şimali İrlandiyanı qəbul edəcək. Bu səbəbdən səfər oyunun nəticəsindən asılı olmayaraq millinin qrupdakı mövqeyi dəyişməyəcək.
Komandaların yolları bugünədək cəmi bir dəfə kəsişib. 2009-cu ildə BƏƏ-də keçirilmiş yoldaşlıq görüşü millinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, milli komanda növbəti oyununu noyabrın 11-də Şimali İrlandiyaya qarşı keçirəcək. Belfastda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Dünya çempionatı, seçmə qrup mərhələsi, III tur
11 oktyabr
22:45. Çexiya - Azərbaycan
Baş hakim: Matey Yuq
Yan xətt hakimləri: Tomaj Klançnik, Manuel Vidali
Dördüncü hakimlər: Mitya Jqanets (hamısı Sloveniya)
Ostrava. "Uindzor Park"
Komandalar O Q B M T-F XAL Germany Almaniya 2 2 0 0 6 6 Azerbaijan Azərbaycan 2 2 0 0 2 6 Northern Ireland Şimali İrlandiya 2 1 1 0 4 4 Czech Republic Çexiya 2 0 1 1 -3 1 Norway Norveç 2 0 0 2 -4 0 San Marino San Marino 2 0 0 2 -5 0

Tags:  Azərbaycan millisi Çexiya qarşılaşacaq

RƏYLƏR


Top news