Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neçə saat yatmalıyıq?

Neçə saat yatmalıyıq?

Date: 11 October 2016 07:37

ABŞ-da hər bir yaş qrupu üçün tövsiyə olunan yuxu normaları hazırlanıb.

Bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb.
ABŞ-ın Milli Yuxu Fondunun tədqiqatında deyilir ki, bir neçə gün gecə ardıcıl olaraq çox az yatmaq sizi əldən salır, fikrinizi cəmləşdirə bilmirsiniz, depressiyaya düşür, narahat olursunuz.
Fond 6-9 yaşlı uşaqların 9-11 saat yatmaqları tövsiyə edir.
Yeniyetmələr yaxşı olar 8-10 saat yatsın. Bəziləri 7 saat da yatır, ancaq 11 saatdan çox yatmaq da səhhətə ziyandır. 18-64 yaşlıların 7-9 yatması tövsiyə edilir. Düzdür, bəzilərinə 6 saat da bəs edir.
Yaşı 65-dən yuxarı olanlar üçün 7-8 saatlıq yuxu arzuolunandır. Ancaq bəzilərinə 5 saat da kifayət edir.

Milli.Az


Tags:  Neçə saat yatmalıyıq

RƏYLƏR


Top news