Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Meksikada "Zika"ya 4 min 300 yoluxma hadisəsi qeydə alınıb

Meksikada "Zika"ya 4 min 300 yoluxma hadisəsi qeydə alınıb

Date: 11 October 2016 07:37

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ötən ilin dekabrından indiyədək Meksikada 4 min 300 Zika xəstəliyinə yoluxma hadisəsi qeydə alınıb.
"Report" TASSa istinadən xəbər verir ki, bu haqda Meksikanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
İnformasiyaya görə, bu müddət ərzində "Zika"ya yolxumuş iki mindən çox hamilənin dünyaya gətirdiyi körpədə bu virusun izləri müşahidə edilməyib.
Xəbərə əsasən, yoluxma halı ən çox ölkənin Verkrus əyalətində (1,1 min xəstə) qeydə alınıb.
Xatırladaq ki, ilk dəfə bu xəstəlik 1947-ci ildə Uqandada müşahidə olunub. Bu günlərədək o, təhlükəli sayılmırdı. Ümumdünya Səhiyyə Təşkilatı cari ilin fevralından Afrikanın cənub və şimal hissələrində Zika ilə bağlı fövqəlad vəziyyət elan edib

Tags:  Meksikada Zikaya min 300 yoluxma hadisəsi qeydə alınıb

RƏYLƏR


Top news