Evdən naməlum heyvanın skeleti tapıldı - Beyləqanda ŞOK OLAY (VİDEO)

Evdən naməlum heyvanın skeleti tapıldı - Beyləqanda ŞOK OLAY (VİDEO)
07:38 11 Oktyabr 2016
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunun Aşıqalılar kənd sakini Qəhrəman Mehdiyevə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb. Sakinlər bildirirlər ki, bu günə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər.

Beyləqan rayonunun Aşıqalılar kənd sakini Qəhrəman Mehdiyevə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb. Heyvan skeleti evdə təmir işləri aparılarkən aşkar olunub.

Kənd sakinlərindən birinin bildirdiyinə görə, heyvanın sümüyünün bir hissəsində qalan dəri parçası onun yaxın zamanlarda öldüyünə dəlalət edir. Burada əsas diqqət çəkən məqam isə onun qabaq ayaqlarının olmamasıdır.

Alt və üst çənədəki ön dişlərdən onun yırtıcı olması da ehtimal edilir. Lakin ayağın pəncə hissəsində caynaqlar yoxdur. Sakinlər bildirirlər ki, bu hünə qədər kənd ərazisində belə bir forması olan heyvana rast gəlməyiblər.

Buna görə də onun hansı heyvan olduğunu müəyyənləşdirmək çətindir. Beyləqan Rayon Baytarlıq İdarəsindən verilən məlumata görə skeletin uzunluğu 30 santimetrdir. Onun iki arxa ətrafı, 14 cüt qabırğası, 7 boyun, 14 döş, 7 bel, 9 büzdüm fəqərəsi var. Aşkar edilən skelet barədə daha dəqiq sözü yalnız mütəxəssislər deyə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR