Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bədəndə maqneziumun azlığının 6 əlaməti

Bədəndə maqneziumun azlığının 6 əlaməti

Date: 11 October 2016 07:42

Maqnezium elə maddələrdəndir ki, əgər bədəndə çatışmazsa, sağlamlıqda ciddi problemlər meydana gələr. Bir çox insanlar bunu hiss etmirlər. Hətta nələrin baş verdiyindən xəbərdar deyildirlər. 

1. Yorğunluq.
Şübhəsiz ki, həddən artıq yorğun olmaq təbii deyildir. Hər birimiz gün ərzində müəyyən işlərə və fəaliyyətlərə görə yoruluruq. Milli.Az deyerler.org-a istinadən bildirir ki, lakin uzunmüddətli və davamlı yorğunluq bədəndə maqnezium çatışmamazlığının əlamətlərindəndir. Əgər kifayət qədər bədənə daxil olmazsa, o zaman bu yorğunluq da bədəndən çıxmaz. Enerjini bərpa etmək üçün maqnezium qəbul etmək lazımdır.
 
2. Əzələ spazmaları.
Əzələ spazmaları - şiddətli ağrılardır. Bu ağrıları kontrol etmək mümkün deyildir. Əzələ spazmaları da maqnezium çatışmamazlığının əlamətlərindəndir.
 
3. Aritmiya.
Maqnezium ürək sağlamlığında böyük rol oynayır. Bu maddə çatışmazsa, bədənin ən mühüm əzələsi olan ürəyə mənfi təsir qoyar. Aritmiya ürək zərbələrinin nizamsız vurmasıdır. Maqnezium ürək zərbələrinin normal şəkildə vurmasını öhdəsinə götürər.
 
4. Baş gicəllənməsi.
Əgər bədənimizdə maqnezium çatışmamazlığı varsa, o zaman baş gicəllənməsi uzunmüddətli olar. Bütün gün ərzində sizi narahat edər.
 
5. Şəxsiyyət dəyişkənliyi.
Təəccüblü görünsə də, şəxsiyyətdə olan ani dəyişkənliklər də maqneziumun çatışmamazlığından irəli gəlir. Təhrikedici olmaq, həyəcanlanmaq kimi.
 
6. Depressiya.
Hər birimiz həyatda çətinliklə üzləşən zaman depressiyaya düşürük. Lakin davamlı şəkildə bu halda olmaq maqneziumun çatışmamazlığından irəli gələ bilər. Əgər davamlı olaraq nigaran və həyəcan içindəsinizsə, deməli belə bir probleminiz vardır.

Milli.Az


Tags:  Bədəndə maqneziumun azlığının əlaməti

RƏYLƏR


Top news