Yığmamız Çexiyada dəstəksiz qalmadı: Azərbaycanım mənim, ümidimsən mənim

Yığmamız Çexiyada dəstəksiz qalmadı: Azərbaycanım mənim, ümidimsən mənim
07:47 11 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşacaq milli komandamız oyunöncəsi son məşqinə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırlıq prosesini iki azarkeş izləyir. 

Əllərində Azərbaycan bayrağı ilə dayanmadan oyunçuları ruhlandıran fanatlar şüarlar da səsləndiriblər.
 
Xüsusilə fəallığı ilə seçilən gənclərdən biri "Sabah 3 xal gətir, Azərbaycanım mənim, ümidimsən mənim" və "Milli irəli, Azərbaycan əsgəri" şüarlarını yüksək səslə oxuyaraq, futbolçularımıza dəstək verir.
 
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı sabah Ostrava şəhərinin "Vitkovitse" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/478169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR