Bu gün III turun son oyunları keçiriləcək

Bu gün III turun son oyunları keçiriləcək
08:02 11 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/Bu gün 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin III turunun son oyunları keçiriləcək. "Report"un məlumatına görə, son oyun günündə 9 qarşılaşma keçiriləcək.
Azərbaycan millisinin yer aldığı C qrupunda lider Almaniya evdə Şimali İrlandiyanı sınağa çəkəcək. Meydan sahibləri qələbə qazanması millimiz üçün də sərfəli nəticədir. Belə olan halda Robert Prosineçkinin rəhbərlik etdiyi komanda Çexiya ilə səfər oyununun nəticəsindən asılı olmayaraq qrupun ikinci pilləsində qalacaq. Aktivində xal olmayan Norveç yığması isə eyni aqibəti yaşayan San Marinonu qəbul edəcək.
E qrupunda da azarkeşlər maraqlı oyunların şahidi olacaq. 4 xalla qrupa liderlik edən Monteneqro yığması bir xal geridə olan Danimarkanın qonağı olacaq. Liderlə xalı eyni olan Rumıniya aktivində bir heç-heçəsi olan Qazaxıstanın qonağı olacaq. Daha bir 4 xal yığmış komanda - Polşa isə evdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək. C qrupundan fərqli olaraq bu qrupdakı oyunların nəticələri lideri dəyişə bilər.
F qrupunda da lideri müəyyənləşdirəcək qarşılaşma baş tutacaq. 6 xalla liderlik pilləsində qərarlaşan İngiltərə 2 xal gerisində olan Sloveniya yığmasının qonağı olacaq. İngiltərənin mövqeyini qorumaq şansı daha çoxdursa, qonaqlar bunun üçün mütləq qələbə qazanmalıdır. Slovakiyanın qonağı olacaq Şotlandiya yığması isə qələbə qazanacağı təqdirdə ən azı ikinci pillədəki yerində möhkəmlənəcək. Litva isə Maltanın qonağı olacaq.
Dünya çempionatı, seçmə qrup mərhələsi
11 oktyabr
C qrupu
22:45. Çexiya - Azərbaycan
22:45. Almaniya - Şimali İrlandiya
22:45. Norveç - San Marino
Xal durumu: Almaniya - 6. Azərbaycan - 6. Şimali İrlandiya - 4. Çexiya - 1. Norveç - 0. San Marino - 0.
E qrupu
20:00. Qazaxıstan - Rumıniya
22:45. Danimarka - Monteneqro
22:45. Polşa - Ermənistan
Xal durumu: Monteneqro - 4. Rumıniya - 4. Polşa - 4. Danimarka - 3. Qazaxıstan - 1. Ermənistan - 0.
F qrupu
22:45. Slovakiya - Şotlandiya
22:45. Sloveniya - İngiltərə
22:45. Litva - Malta
Xal durumu: İngiltərə - 6. Şotlandiya - 4. Sloveniya - 4. Litva - 2. Slovakiya - 0. Malta - 0.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bu-gun-iii-turun-son-oyunlari-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR