“Samsung"a "Note 7” zərbəsi - İstehsal dayandı

“Samsung"a "Note 7” zərbəsi - İstehsal dayandı
08:12 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın "Samsung" şirkəti öz-özünə qızan, alışan və partlayan "Galaxy Note 7" flaqman smartfonlarının istehsalını dayandırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Renhan" agentliyinə şirkətin ixrac məhsullarını istehsal edən Vyetnamdakı müəssisəsindən bildiriblər. Şirkət özü bu xəbəri nə təkzib, nə təsdiq edir.
 
"Samsung"un bəyanatında bildirilir ki, cihazların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görmək üçün "Galaxy Niote 7"nin istehsal qrafikində müvəqqəti korrektələr ediləcək.
 
Xatırladaq ki, sentyabr ayında şirkət 2,5 milyon ədəd cihazı geri çağıraraq onları problemsiz yeni smartfonlarla əvəz edəcəyini elan edib. Lakin oktyabrın 5-dən etibarən yeni və təhlükəsiz olduğu bildirilən smartfonlarda da analoji problemin müşahidə olunduğu haqda məlumatlar yayılmağa başlayıb. Beləliklə, şirkətin yalnız bircə yolu qalıb - istehsalı dayandırmaq. Artıq ABŞ və Avstraliyadakı iri operatorlar "Note 7" satışlarını dayandırdıqlarını açıqlayıblar.
 
Satılan ilk partiya smartfonların geri çağırılması "Samsung"a 1 milyard dollara başa gəlib. İstehsalın dayandırılması şirkətə daha böyük maddi zərbə vuracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/477996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR