Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mağazadakı lampalar alıcıları tanıyacaq

Mağazadakı lampalar alıcıları tanıyacaq

Date: 11 October 2016 08:17

"Bridgelux" və "Xenio Systems" şirkətləri özlərinin müştərək tərtibatını - alıcıları tanıya bilən "ağıllı" lampaları ictimaiyyətə təqdim ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz mağazanın ziyarətçilərinin smartfonuna reklam göndərəcək. 

Layihə müəllifləri qeyd ediblər ki, onların cihazları artıq tez bir zamanda bir sıra ölkələrin ərazilərində satışa çıxarılacaq. Bu lampalarla ticarət mərkəzləri, mehmanxanalar, stadionlar, mağazalar, kinoteatrlar və digər ictimai yerlər təchiz olunacaq.

"Bluetooth" sistemi ilə təchiz olunmuş cihazlar "iBeacon" texnologiyasının bazasında yaradılıb. Onlar yaxınlıqdan keçən insanı "görür" və onların smartfonuna müxtəlif reklamlar, həmçinin təklif olunan xidmət və məhsullar barədə məlumatlar göndərirlər. 

Yeniliyin qiyməti və satışa çıxarılacağı dəqiq vaxt hələlik məlum deyil. Bu lampaların hansı ölkələrə gedəcəyi barədə də hələlik xəbər verilmir.

Milli.Az


Tags:  Mağazadakı lampalar alıcıları tanıyacaq


RƏYLƏR


Top news