7 aylıq körpəyə 14 bıçaq vurub basdırsalar da, sağ qaldı və... FOTO

7 aylıq körpəyə 14 bıçaq vurub basdırsalar da, sağ qaldı və... FOTO
08:23 11 Oktyabr 2016
338 Dünya
Ölkə mətbuatı
A- A+

Taylandda 14 dəfə bıçaqlanaraq torpağa basdırılmış 7 aylıq oğlan sağ qalıb.

Publika.az
xarici mətbuata istinadən xəbər verir ki, Aydan adlı körpə təsadüfən heyvanlarını otarmağa çıxaran bir qadın tərəfindən aşkarlanıb.

“Əvvəlcə düşündüm ki, kimsə heyvanı diri-diri basdırıb. Sonra torpağın altından kiçik bir ayaq çıxdığını görüb, dərhal əllərimlə qazdım və körpənin sağ olduğunu gördüm”, - qadın bildirib.

Xəstəxanaya çatdırılan 7 aylıq Aydan, 14 bıçaq yarası alsa da, sağlamlığına qovuşub. Həkimlərin “möcüzə körpə” adlandırdqları Aydan İsveçli bir ailə tərəfindən övladlıq götürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR